ABŞ-nin texnologiya şirkəti "Intel" maliyyə cəhətdən çökməyə davam edir.
Microsoft və Alphabet-in gəlirlərini - ARTIB
FED.az xəbər verir ki, 2023-cü ilin ilk rübünün nəticələrini açıqlayan ən böyük çip istehsalçısı, səhm satışında illik 133 faiz azalma yaşadığını açıqlayıb.
"Intel"in gəliri isə keçən illə müqayisədə 36 faiz azalaraq 11,7 milyard dollara düşüb.
Şirkətin maliyyə çöküşün bir neçə səbəbi var. Birincisi, şirkətin ən güclü istehsal xətti olan kompüter çiplərinin satışı arzuolunan səviyyədə deyil. Əvvəlki hesabat qlobal kompüter tədarükünün təxminən 30 faiz azaldığını göstərib.
Bundan əlavə, masaüstü kompüter və noutbukları gücləndirən çipləri özündə birləşdirən Müştəri Hesablaması qrupu illik müqayisədə 38 faiz azalaraq 5,8 milyard dollar gəlir əldə edib. Məlumat Mərkəzi və süni intellektə əsaslanan server çipləri bölməsi isə 39 faiz azalaraq 3,7 milyard dollara düşüb. (Trend)