Yanvar-mart dövrünü maliyyə təqvimində üçüncü rüb kimi qəbul edən Microsoft şirkəti balans hesabatını açıqlayıb.
“Microsoft” şirkəti Qazaxıstanda regional mərkəz açacaq, Azərbaycanı da - ƏHATƏ EDƏCƏK
FED.az xəbər verir ki, şirkətin gəlirləri yanvar-mart dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7% artaraq 52,9 milyard dollara çatıb. Microsoft 2022-ci ilin yanvar-mart dövründə 49,4 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti eyni dövrdə 9 faiz artaraq 18,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə şirkətin xalis mənfəəti 16,7 milyard dollar olmuşdu.
Microsoft-un səhm üzrə mənfəəti də bu müddət ərzində 2,22 dollardan 2,45 dollara yüksəlib.
Alphabet 2023-cü ilin birinci rübündə gəlirini 3 faiz artırıb
Google-un ana şirkəti Alphabet də 2023-cü ilin birinci rübü üzrə balans hesabatını açıqlayıb. Alphabet-in ilin ilk rübündəki gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 69,8 milyard dollara çatıb. Şirkətin 2022-ci ilin birinci rübündə gəlirləri 68 milyard dollar olmuşdu.
Şirkətin xalis mənfəəti isə birinci rübdə keçən ilin eyni dövrü ilə müqayisədə 8 faiz azalaraq 15,1 milyard dollar təşkil edib. “Alphabet” ötən ilin birinci rübündə 16,4 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin ötən ilin yanvar-mart dövründə 1,23 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 1,17 dollara düşüb. (Marja)