Amerikanın "Google" şirkəti Kaliforniyada keçirilən illik konfrans çərçivəsində özünün ilk qatlanan "Pixel Fold" smartfonunu təqdim edib.
“Samsung” Azərbaycan bazarında liderliyini saxlayır – Ölkənin mobil telefon bazarında payını artırdı
Smartfonun iki ekranı olacaq - xarici (5,8 düym) və daxili (7,8 düym), yeniləmə tezliyi 120 Hz, ekran isə 2092x1080 pikseldir.
Şirkətin cihazlar bölməsinin rəhbəri Rik Osterlo deyib ki: "Açıq halda bu, bizim ən nazik smartfonumuz və bazardakı ən nazik flip telefonumuzdur".
Smartfon "Google Tensor G2" çipseti bazasında işləyir, cihazın təhlükəsizliyinə isə "Titan M2" çipi cavabdehdir.
Pixel Fold" 48 meqapiksellik əsas kamera, 10,8 meqapiksellik geniş bucaqlı sensor və 10,8 meqapiksellik teleobyektivə malikdir. Xaricindəki frontal kamera 9,5 meqapiksel, daxili displeydəki isə 8 meqapikseldir. Operativ yaddaşı, 12 GB RAM və iki fiziki yaddaş variantı ilə buraxılacaq - 256 və 512 GB.
Pixel Fold" 48 meqapiksellik əsas kamera, 10,8 meqapiksellik geniş bucaqlı sensor və 10,8 meqapiksellik teleobyektivə malikdir. Xaricindəki frontal kamera 9,5 meqapiksel, daxili displeydəki isə 8 meqapikseldir.
Smartfonun batareyasi 4821 mAh tutumac malikdir.
Pixel Fold iki rəngdə olacaq - tünd boz və bej, cihazın çəkisi - 283 q. "Pixel Fold" smartfonu iyunun 27-də 1 799 dollara satışa çıxarılacaq.