2020-ci ilin oktyabr-dekabr aylarında "Facebook" sosial şəbəkəsi 1,3 mlrd. "fake" (saxta) hesabı bloklayıb.
Hakerlər «Acer»ın hesablarını qırıb – 50 MİLYON DOLLAR İSTƏYİRLƏR
FED.az xəbər verir ki, bu barədə "Facebook Inc" şirkəti özü məlumat verib.
Bundan əlavə, qlobal səhiyyə mütəxəssisləri tərəfindən dezinformasiya kimi qiymətləndirilən vaksinasiya və COVID-19 haqqında müxtəlif növ və formatda olan 12 mln. vahid məlumat "Facebook" tərəfindən silinib.
Qeyd edək ki, "Facebook"un Azərbaycanın sosial media bazarındakı payı 18,3% təşkil edir. Sosial şəbəkələr arasında populyarlığına görə birinci yerdə isə 23% ilə "Twitter" qərarlaşıb.(apa)