Dünyanın məşhur komputer və noutbuk istehsalçısı olan «Acer» şirkəti Revil adlanan haker qrupunun hücumuna məruz qalıb.
Zoom toplantılarında qarşı tərəfi aldatmaq üçün - Yeni Proqram Yaradıldı
FED.az xarici mətbuata istinadən xəbər verir ki, hakerlər şirkətin hesablarını qırıb, onun sisteminə virus əlavə edib və bütün maliyyə sənədlərini və daxili yazışmalarını ələ keçiriblər. Hakerlər şirkətdən 50 milyon dollar tələb ediblər, və ələ keçirdikləri sənədlərə sübut kimi onların bəzilərinin surətini şirkətə göndəriblər. Bura maliyyə göstəriciləri, bank və kredit hesabları, digər maliyyə sənədləri, elcə də işçilər barədə məlumatlar aiddir.
Şirkət açıq şəkildə olmasa da hakerlərin hücum etdiyini və «ştatdan kənar vəziyyətlə» üzləşdiyini etiraf edib və bildirib ki, bu barədə hüquq-mühafizə orqanlarına xəbər veriblər.
Amma hakerlərin tələbləri bununla bitmir. Fransız nəşri olan «LegMagIT» məlumat əldə edib ki, hakerlər şirkətə martın 28-ə kimi vaxt veriblər, o vaxta kimi ödəniş olmasa, məbləğ iki dəfə artacaq.
Vaxtında ödəniş olsa isə xakerər nəinki sənədəri qaytaracaqlar, eləcə də oğurladıqları faylları siləcəklər, hətta sistemdəki boşluqlarla bağlı hesabat təqdim edəcək, üstəlik məbləğdə də 20% endirim edəcəklər.
Qeyd edək ki hakerlərin «Acer»dən istədikləri 50 milyon dollarlıq məbləğ belə hallar üçün rekorddur.
İndiyədək hakerlər ən böyük məbləği - 30 mln dolları Honqkonqun «Dairy Farm» şirkətindən tələb etmişdilər.