Türkiyənin Rəqabət Komitəsi "Facebook", "Instagram" və "WhatsApp" sosial şəbəkələrinin sahibi "Meta" şirkətini 346,7 milyon lirə (18,63 milyon dollar) məbləğində cərimələyib.
Eləcə də bax: “WhatsApp”da yaranan problemin - SƏBƏBİ AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə komitənin bu gün dərc olunan qərarında deyilir.
Qeyd olunur ki, "Meta" adıçəkilən sosial şəbəkələr və mesencerdən istifadə edənlərin məlumatlarını bir yerə toplayır ki, bu da sosial şəbəkə və kontekst reklamları bazarında fəaliyyət göstərən digər rəqiblərin işini çətinləşdirir.
Şirkətə tətbiq olunan cəza məbləği indiyədək Türkiyədə verilən ən yüksək cərimə olub. (Trend)