Bu gün "WhatsApp" messencerində yaranan problem tətbiqin sahibi "Meta" şirkətində baş verən texniki nasazlıq səbəbindən olub.
Eləcə də bax: Azərbaycanda bankların mobil tətbiqin rahatlığı üzrə – REYTİNQİ AÇIQLANDI - SİYAHI
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "Bloomberg" agentliyi şirkətin nümayəndəsinə istinadən məlumat yayıb.
"Bilirik ki, bu gün insanlar "WhatsApp"da mesaj göndərməkdə çətinlik çəkiblər. Problemi həll etdik və narahatlığa görə üzr istəyirik. (Mesencerin işininin - red.) qısa müddətli dayanması bizim tərəfimizdən texniki problemin nəticəsi idi", - deyə şirkətin nümayəndəsi bildirib. (Trend)