Bu ilin avqust ayında "ChatGPT"nin bazar payı 94,58 % təşkil edib.
FED.az "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir ki, bu, iyul ayına nisbətən Sİ-nin bazar payı 96.1%-dən 94.58%-ə düşərək 1.52 faiz bəndi azalma göstərib.
Bu dövrdə ən böyük sıçrayışı Microsoft Copilot edib. İyul ayında 1.7% olan payını 2.83%-ə yüksəldərək 1.13 faiz bəndi artım əldə edib.
Diqqət çəkən digər bir artım isə Perplexity ilə bağlıdır. Onun bazar payı iyulda 0.68%-dən avqustda 1.23%-ə yüksəlib və 0.55 faiz bəndi artım qeydə alınıb.
Əksinə, Google Gemini və Claude bu dövrdə geriləyiblər. Google Gemini payı 1.07%-dən 1.05%-ə enərək 0.02 faiz bəndi itirib. Claude isə daha ciddi bir geriləmə yaşayaraq 0.45%-dən 0.25%-ə düşüb, yəni 0.20 faiz bəndi azalıb.
Maraqlıdır ki, Deepseek də bazara daxil olaraq iyulda 0% olan payını avqustda 0.06%-ə çatdırıb.