Bu ilin avqust ayında Azərbaycanın mobil cihazlar bazarında "Samsung"un payı 26,54 % təşkil edib.
FED.az bu barədə "Statcounter" agentliyinin son hesabatına istinadən xəbər verir.
Bu, iyul ayına nisbətən 0,15 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,73 faiz bəndi azdır.
Növbəti sıradakı adları açıqlanmayan ("Unknown" adı ilə) payı 24,09 % olub. Bu brendlərin bazar payı aylıq müqayisədə 0,39 faiz bəndi azalsa dqa, illik müqayisədə 1,32 faiz bəndi artıb.
Üçüncü pillədəki "Xiaomi"nin bazar payı aylıq müqayisədə 0,23 faiz bəndi və illik müqayisədə 2,74 faiz bəndi azalıb. Nəticədə, avqust ayı üzrə şirkətin bazar payı 19,71 % təşkil edib.
Dördüncü pillədə qərarlaşan "Apple"ın bazar payı aylıq müqayisədə 0,26 faiz bəndi azalsa da, illik müqayisədə isə 1,46 faiz bəndi artım baş verib. Ümumilikdə avqust ayı üzrə bazar payı 18,52 % təşkil edib.
İlk beşliyi 4,34 %-lik bazar payı ilə "Honor" tamamlayır. Onun bazar payı əvvəlki aya nisbətən 0,18 faiz bəndi azalıb. Bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,05 faiz bəndi artım baş verib.
"Huawei" 1,39%-lik bazar payı ilə 6-cıdır. Onun bazar payı əvvəlki aya nisbətən 0,3 faiz bəndi artıb. Bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,26% faiz bəndi azalma baş verib.
Yeddinci pillədə qərarlaşan "Techno"nun bazar payı aylıq müqayisədə 0,25 faiz bəndi, illik müqayisədə isə 0,72 faiz bəndi artım baş verib. Ümumilikdə avqust ayı üzrə bazar payı 1,19% təşkil edib.