Ötən gün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması ilə bağlı maliyyə sanksiyasının tətbiq ediləcəyini açıqlamışdır.
"Aztelekom" və "Bakı Telefon Rabitəsi"nə qarşı qaldırılan işin nəticəsi - AÇIQLANIB
FED.az xəbər verir ki, bu hadisə ilə bağlı “Aztelekom” açıqlama verib:
“Son zamanlar ölkə mətbuatında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlə bağlı mübahisələrin hələ də həllini tapmaması barədə xəbərlər yayılmışdır.
Bununla əlaqədar bildirmək istəyririk ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində qəbul etdiyi 24.06.2023-cü il tarixli qərarın qanunvericiliyə uyğun olmadığı qənaətindəyik və 21.07.2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib. Bu məsələ ilə əlaqədar yekun qərarın məhkəmə tərəfindən veriləcəyi diqqətə çatdırılır.” (Banker.az)