2023-cü il ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri keçilib.
"Aztelekom" və "Baktelekom" cərimələndi – Maliyyə sanksiyası tətbiq ediləcək
FED.az xəbər verir ki, bu barədə məlumatı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli 18 yanvar tarixində keçirilən mətbuat konfransında bildirib.
Belə ki, "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə hesabat dövründə qaldırılmış işə baxılması başa çatıb və müvafiq qərar qəbul edilib.
Cəmiyyətlər tərəfindən tənzimlənən qiymətlərdən fərqli qiymətlərin tətbiq edilməsi müəyyən olunub. Hər iki quruma daxili əmrləri ilə müəyyən edilmiş xidmət tariflərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması haqqında göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib.