Azərbaycanda bir fond var, ikincinin yaradılması üzərində iş gedir. Eyni zamanda Azərbaycanlı təsisçilər üçün 10 milyon ABŞ dolları dəyərində fondun yaradılması planlaşdırılır.
"15 startapa 1 milyon dollar vəsait ayrılıb"
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.
O bildirib ki, tartapların maliyyələşdirilməsi üçün İRİA fərqli üsul və yollar nəzərdən keçirir. Bu üsullardan biri mələk investorların daha aktiv və daha fəal rolunu ekosisteminin inkişafında dəstəkləməkdir.
İnvestorlara hansısa vergi imtiyazı verilməlidir, ya da dövlət öz tərəfindən bu investisiyaları 2 qat artırmalıdır. Yaxın ölkələrin anoloji təcrübələrini nəzərə alaraq belə bir mexanizm fikirləşmişik: mələk investor qoyduğu hər bir investisiyanın eyni həcmində dövlər eyniləşdirəcək. Yəni hansısa bir mələk investor hansısa startapa 5 min manat yatırmaq istəyirsə, dövlət həmin 5 min manatı həmin startapa yatıracaq.
Fondun fəaliyyətinin bu il başlanılması gözlənilir indi fondun icraçı direktoru axtarılır. İcraçı direktor tapıldıqdan sonra fondun elanını yaxın zaman da bölüşəcəyik.
"Ümumiyyətlə dövlətin etdiyi investisiyaların qayıtmasını gözləmir.
Bu investisiyaların qayıtması 3,5,8 il vaxt ala bilər- deyə Yevgeniya Bikmurzina bildirib.