Azərbaycanda bu gün data analitika sahəsində mütəxəssislər azlıq təşkil edir.
Rəqəmsal Məcəllənin qəbul edilməsi gözlənilir
FED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.
"Bu, özü bir mədəniyyətdir. Təcrübəyə baxsaq, bu sahədə ilk olaraq özəl sektor bazarın tələbinə əsasən mütəxəssis formalaşdırır. Bizdə də özəl subyektlərdə data qəbuletmə mədəniyyəti formalaşdırılıb. Amma bu çox az sayda olan böyük şirkətlərdədir",- deyə R. Xalıqov çıxışında qeyd edib.