Rəqəmsal Məcəllənin və Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu gözlənilir.
FED.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.
O bildirib ki, qiymətləndirmə və monitorinq sahəsində "Dövlət qurumlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası" NK-nın 2023-cü il 28 dekabr tarixli 485 nömrəli Qərarı təsdiq edilib. Qiymətləndirmə işçi qrupu yaradılıb.
100-dən çox dövlət qurumuna müvafiq məlumatların təqdim edilməsi üçün rəsmi məktublar göndərilib.
"Cari ildə Məlumat İdarəçiliyi Strategiyası, Süni İntellekt Strategiyası, EHİS əsasnaməsi, Rəqəmsal sənədlə bağlı qanunvericiliyin qəbulu gözlənilir." - deyə Şahin Əliyev əlavə edib.