ABŞ-ın “Apple” şirkəti satışları az olduğu üçün “iPhone 12 Mini” smartfon modelinin istehsalını dayandırıb.
Eləcə də bax: Azərbaycanda kompüter istehsalı - DƏFƏLƏRLƏ ARTIB
FED.az xəbər verir ki, bu barədə “TrendForce” marketinq şirkəti məlumat yayıb.
Məlumata görə, “Apple” bu modelin istehsalını 2021-ci ilin ikinci rübündə dayandırıb. Çünki satış rəqəmləri eyni seriyanın digər modellərinin – “iPhone12”, “iPhone 12 Pro” və “iPhone 12 Pro Max”ın satışlarından xeyli aşağı idi.
“TrendForce” xəbər verir ki, şirkət, çox güman ki, yeni “iPhone 12s” seriyası daxilində üç model təqdim edəcək, lakin smartfonun mini versiyasını buraxmaqdan imtina edəcək.
“Apple” 2020-ci ilin oktyabrında smartfonlarının yenilənmiş modelini – “iPhone 12”-ni təqdim edib. Eyni zamanda, “iPhone 12 Mini”nin daha kiçik versiyası, “iPhone 12 Pro”nun flaqman modeli və “iPhone 12 Pro Max”ın daha böyük versiyası təqdim edilib. (Apa)