Bu il Azərbaycanda kompüter istehsalında ciddi artm müşahidə edilib.
Eləcə də bax: Azərbaycandakı kompyuterlərin 42%-də hələ də - "Windows 7" İstifadə Olunur
FED.az xəbər verir ki, 2021-ci ilin yanvar-may aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 85,5 milyon manatlıq məhsul istehsal olunub.
Əvvəlki ilin yanvar-may ayları il əmüqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı isə 81,5 faiz artıb.
Dövr ərzindəəvvəlki ilin yanvar-may ayları ilə müqayisədə stolüstü kompüterlərin istehsalı 26,1 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 2,5 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 69,7 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı 64,1 faiz, məişət soyuducularının istehsalı isə 42,6 faiz artıb. (Trend)