"Amazon" ABŞ Federal Ticarət Komissiyası (FTC) ilə rekord məbləğdə razılaşmaya gəlib.
Ceff Bezos 666 milyon dollarlıq “Amazon” səhmlərini satıb
FED.az xəbər verir ki, şirkət hökumətə 1 milyard dollar cərimə ödəyəcək, zərərçəkmiş istehlakçılara isə 1,5 milyard dollar kompensasiya veriləcək.
FTC 2019-cu ildən etibarən "Amazon"a qarşı iddia qaldırmışdı. Tənzimləyici qurum şirkəti istifadəçilərin razılığı olmadan onları illik 139 dollara başa gələn "Amazon Prime" abunəliyinə qoşmaqda ittiham edib.
Beləliklə, "Amazon"un ümumilikdə ödəyəcəyi məbləğ 2,5 milyard dollar təşkil edəcək. (Trend)