Startapların yaradılmasına dəstək üçün 2024-cü ildə 6 yeni universitetdə innovasiya fəaliyyətinin başladılması hədəflənib.
FED.az xəbər verir ki, bu barədə İRİA-nın İnnovasiya Ekosistemi Departamentinin müdiri Yevgeniya Bikmurzina deyib.
O bildirib ki, bu il 8 inkubasiya proqramına dəstəyin göstərilməsi nəzərdə tutulub.
2024-cü ildə Azərbaycanın 10-dan çox regionunda 4 innovasiya proqramı təşkil olunacaq. Həmçinin 5 akselerasiya proqramına dəstək göstərilməsi nəzərdə tutulur.
Startaplar və innovativ layihələr üçün bu il 8 müsabiqə təşkil olunacaq.
Mentorluq proqramları çərçivəsində 50 mentorun yetişdirilməsi planlaşdırılır.
Onlayn təcrübə proqramı üzrə 100 innovasiya təşəbbüskarına onlayn təcrubə keçirilməsi hədəflənib.
Hədəflərə gəlincə, hədəflər aşağıdakılardır:
Eyniləşdirmə fondunun yaradılması;
Azərbaycanlı təsisçilər üçün 10 milyon dollarlıq fondun yaradılması;
Mələk investorlar va vençur fondlar tərəfindən 38 Investisiya sövdələşməsinin edilməsi;
Mələk investorlar üçün daha bir klubun - "DIVIDA" Mələk klubunun fəaliyyətə başlaması:
"Abşeron Vadisi" proqramı çərçivəsində 1 klaster mərkəzinin yaradılması və fəaliyyəti təmin ediləcək. Eləcə də, 2 regional innovasiya mərkəzinin yaradılması və fəaliyyətinin təmin edilməsi əsas hədəflərdəndir", - deyə Y.Bikmurzina çıxışında vurğulayıb.