«Apple» şirkəti dünyanın qulaqcıq bazarında payını 31%-ə çatdırıb.
Mask: "Apple, demək olar ki, "Twitter"də reklamını dayandırıb"
FED.az xəbər verir ki, bu barədə 2022-ci il 3-cü rübün nəticələrinə əsasən Canalys şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, bu bazarda Amerika şirkəti lider mövqeyini daha da möhkəmləndirib.
Bu xüsusilə «AirPods» qulaqcıqlarının yaxşı satışı sayəsində mümkün olub – onların satışları 34% arıb və nəticədə təkcə iyul sentyabr aylarında, yəni 3-cü rüb ərzində 23,9 milyon belə qulaqcıq satılıb.
İkinci yerdə Cənubi Koreyanın «Samsung» şirkətidir – bazarın 9,6%-i. «Samsung» bu dövrdə 9,6 milyon qulaqcıq sata bilib. Şirkət yeni «Galaxy Buds2 Pro» qulaqcıqları buraxsa da, satışları 15% azalıb.
3-cü yeri isə Hindistanın boAt şirkəti tutur – bazarın 4,1%-i.
Ümumilikdə «Canalys»şirkətinin məlumatına görə, qlobal qulaqcıq bazarı 3-cü rübdə 4% azalaraq 113,6 milyon ədədə enib.