"Apple" şirkəti "Twitter" sosial şəbəkəsində reklamını demək olar ki, tamamilə dayandırıb.
"iPhone"un yeni olub-olmadığını - NECƏ BİLMƏK OLAR?
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi özünün "Twitter" səhifəsində sosial şəbəkənin sahibi İlon Mask yazıb.
"Apple" əsasən "Twitter"də reklamı dayandırıb. Amerikada söz azadlığına nifrət edilirmi?", - deyə İ.Mask bildirib.
Xatırladaq ki, noyabrın 27-də “Financial Times” aparıcı reklam agentliklərinin əməkdaşlarına istinadən yazıb ki, demək olar ki, bütün əsas qlobal brendlər “Twitter”də reklamını müvəqqəti dayandırıb. (Trend)