Bu ilin yanvar-avqust aylarında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunsuz reklamların yayımı ilə bağlı 100 müraciətə baxıb.
"Kristal Abşeron"un reklamları reallığı əks etdirmir? - Alıcılar şikayət etdilər - AGENTLİK ARAŞDIRMAYA BAŞLADI
Bu barədə FED.az-a Agentlikdən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19% çoxdur.
Müraciətlərin 44-ü xidmət, 13-ü ticarət, 12-si ictimai iaşə, 9-u qeyri-qida, 2-si qida, 2-si dərman vasitələri və tibbi avadanlıqlar, 1-i tütün məmulatları, 17-si isə digər sahələrə aid olub.