Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kristal Bakı” ASC barəsində araşdırmaya başlayıb.
FED.az xəbər verir ki, “Kristal Bakı” ASC uzun illərdir paytaxtda çoxmərtəbəli binaların inşası ilə tanınır və ən çox reklam olunan şirkətlərdən biridir. Lakin son dövrlər şirkətin təmir keyfiyyəti və reklamlarında göstərilən vədlərin reallığa uyğunluğu ilə bağlı istehlakçılar arasında narazılıqlar artmaqdadır.
Çoxsaylı vətəndaş müraciətləri əsasında ASC-nin fəaliyyətinə dair araşdırma başlanılıb.
Müraciətlərdə bildirilir ki, şirkət tərəfindən inşa edilən binalardakı mənzillərin təmiri ilə bağlı yayımlanan reklamlar reallığı tam əks etdirmir. İstehlakçılar qeyd edirlər ki, reklamda göstərilən təmir səviyyəsi və faktiki yerinə yetirilən işlər arasında fərqlər mövcuddur.
Agentlik məsələni rəqabət qanunvericiliyi çərçivəsində araşdırır. Hazırda araşdırma davam edir və nəticələr barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Agentliyin açıqlamasında araşdırmanın mövzusu göstərilib:
Çoxsaylı vətəndaş müraciətləri |
“Kristal Bakı” ASC |
İnşa edilən binalardakı mənzillərin təmiri ilə bağlı yayımlanan reklamların və həmin reklamlara uyğun təmir işlərinin aparılması (xidmətlərin göstərilməsi) ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması hallarının araşdırılması |
Araşdırma davam edir |