Azərbaycanda media üçün dövlət rüsumunun 10 dəfə azaldılıb.
Eləcə də bax: Parlament audiovizual media fəaliyyəti ilə bağlı yeni dövlət rüsumlarını - QƏBUL EDİB
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Belə ki, qanunun 22-ci maddəsində (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) “ümumrespublika televiziya yayımı”, “ümumölkə yerüstü televiziya yayımçısı” ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib.
Rüsumların yeni məbləğləri:
22.0.39. Audiovizual media fəaliyyəti: |
|
22.0.39.1. ümumölkə yerüstü televiziya yayımçısı |
5 000 manat |
22.0.39.2. ümumölkə yerüstü radio yayımçısı |
2 500 manat |
22.0.39.3. regional yerüstü televiziya yayımçısı |
1 500 manat |
22.0.39.4. regional yerüstü radio yayımçısı |
500 manat |
22.0.39.5. peyk yayımı həyata keçirən platforma yayımçısı |
2 500 manat |
22.0.39.6. peyk yayımı həyata keçirməyən platforma yayımçısı |
1 500 manat |
22.0.39.7. sifarişli yayım xidməti provayderi |
500 manat |
22.0.39.8. sadə platforma operatoru |
1 500 manat |
22.0.39.9. universal platforma operatoru |
2 500 manat |
22.0.39.10. multipleks operatoru |
2 500 manat |
Rüsumların əvvəlki məbləğləri:
22.0.39. Teleradio yayımı fəaliyyəti: |
|
22.0.39.1. ümumrespublika televiziya yayımı |
50000 manat |
22.0.39.2. Bakı şəhəri üzrə televiziya yayımı |
2250 manat |
22.0.39.3 regional televiziya yayımı |
1500 manat |
22.0.39.4. ümumrespublika radio yayımı |
2500 manat |
22.0.39.5. Bakı şəhəri üzrə radio yayımı |
1250 manat |
22.0.39.6. regional radio yayımı |
500 manat |
22.0.39.7. əlavə informasiya yayımı |
500 manat |
22.0.39.8. abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı |
1500 manat |
22.0.39.9. abonentlərinin sayı 5000-dən çox olan kabel şəbəkəsi yayımı |
2500 manat |
22.0.39.10. peyk yayımı |
500 manat |
22.0.39.11. xarici teleradio kanallarının peyk vasitəsilə yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət |
500 manat |