Milli Məclis Azərbaycanda audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumlarını III oxunuşda qəbul edib.
Eləcə də bax: Milli Məclis media üçün dövlət rüsumunun 10 dəfə azaldılmasını - TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, bununla bağlı "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olması təklif edilir.
Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib. (Report)