Azərbaycanda "Poçt haqqında" Qanuna dəyişikliklərlə bağlı təkliflər hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb.
Eləcə də bax: “Azərpoçt” Türkiyə Dövlət Poçtu ilə müqavilə - İMZALAYACAQ
FED.az xəbər verir ki, əsas təkliflər ölkədə göstərilən universal poçt xidmətlərinin subsidiyalaşdırılmasının dayandırılması və tariflərin poçt operatorları tərəfindən sərbəst təyin olunmasından ibarətdir.
Qeyd edək ki, ölkədə poçt xidmətlərinin tarifləri 2011-ci ildə qəbul olunub. Ötən müddət ərzində həm Azərbaycan manatı devalvasiyaya uğrayıb, həm də yanacağın qiyməti artıb. Lakin tariflər dəyişməz olaraq qalıb. Əksər ölkələrdə isə poçt tariflərinə hər il baxılır və müvafiq qərar qəbul edilir. Məsələn, əgər yanacağın qiyməti 10% artıbsa, o zaman bu, birmənalı olaraq poçt tariflərinə də təsir edir.
APA