“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində “Azərpoçt” MMC və Türkiyə Dövlət Poçtu (PTT) nümayəndələri arasında görüş keçirilib.
FED.az xəbər verir ki, MMC-dən bildirilib ki, yaxın vaxtlarda tərəflər arasında elektron ticarət mallarının poçtla mübadiləsinə dair müqavilə imzalanması nəzərdə tutulur. Belə ki, tətbiq olunacaq tariflər barədə razılıq əldə olunub. Layihənin hazırlanması ilə bağlı texniki məsələlər həll edildikdən sonra qısa zaman ərzində müqavilənin imzalanması mümkün olacaq.
Eləcə də bax: "Azərpoçt" və "Belpoçta" arasında müqavilə - İMZALANIB
Qeyd edək ki, “Azərpoçt” və PTT arasında imzalanması planlaşdırılan müqavilədə elektron ticarət mallarının bazara uyğun qiymətlərlə çatdırılması nəzərdə tutulur. Müqavilənin reallaşdırılması iki ölkə arasında mübadilə olunan poçt həcminin daha da artmasına imkan verəcək.