Şirkətin datasını "ChatGPT"ə əlavə etmək məxfiliyin pozulmasıdır. Çünki "OpenAI" həmin datalardan istifadə edə bilər.
"LinkedIn" rəsmisi: "Süni intellekt həyat və iş sistemimizi dəyişəcək"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Global CEO Summit 2026"da PMD Projects MMC-nin baş icraçı direktoru Nəriman Topçubaşov deyib.
O, bildirib ki, hazırda şirkətlərdə "ChatGPT"dən geniş istifadə olunur:
"Bizim işlədiyimiz şəxslərdə də süni intellektin işindən geniş istifadə olunduğunu görürük. Kontrakt elektron poçtlara "ChatGPT" ilə hazırlanmış cavabların verildiyinin şahidi oluruq. Biz də təşkilatçı kimi bilirki ki, göndərilən elektron poçta verilən cavab "ChatGPT" ilə hazırlanıb".













