Süni intellekt həyat və iş sistemimizi dəyişəcək və biz buna hazır olmalıyıq.
KOBİA sədri: "Süni intellekt işçiləri əvəz etməməlidir"
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Bakıda keçirilən "Global CEO Summit 2026"da "LinkedIn"in Avropa, Yaxın Şərq və Afrika (EMEA) ilə Latın Amerikası (LATAM) üzrə İnkişaf Bazarlarının rəhbəri Ali Matar deyib.
Ali Matar iqtisadiyyatın yeni mərhələdən keçdiyini bildirib:
"Tarixə baxsaq görərik ki, iqtisadiyyat üç əsas mərhələdən keçib. Birinci mərhələ icma əsaslı iqtisadiyyat idi. Bu dövrdə fiziki bacarıqlar daha çox tələb olunurdu və cəmiyyət daxilində əmək bölgüsü fərqli şəkildə qurulurdu.
İkinci mərhələ yaradıcılıq və inkişaf mərhələsi oldu. Biz artıq bu keçidi müşahidə etməyə başlamışıq. Bu dəyişiklik texnologiya iqtisadiyyatına doğru yönəlib və texnologiya iqtisadiyyatında fərdi bacarıqlar daha çox önəm daşıyır.
Hazırda isə biz iqtisadiyyat, sosial bacarıqlar və insan bacarıqları arasındakı əlaqə ilə bağlı məlumatları öyrənmək və inkişaf etdirmək mərhələsindəyik".
"Burada yeni bir inkişaf xətti görünür. Bu, IQ-dan (intellekt əmsalı - FED.az) EQ-ya (emosional zəka - FED.az), daha sonra texnoloji düşüncə və hesablama gücünə keçiddir. Məhz buna görə də hesab edirəm ki, dünyanın gələcəyi yeni və fərqli olacaq", - deyə o, əlavə edib.











