Rusiya Federasiyası Prezidentinin administrasiyasında iPhone-ların xidməti məqsədlər üçün istifadəsi yolverilməzdir və qadağan olunub.
Elektron Təhlükəsizlik Xidməti "Apple" məhsullarında boşluqlar aşkar edib - SİYAHI
FED.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml məmurların iPhone-dan istifadəsini məhdudlaşdıra bilməz, onların təhlükəsizliyi ilə bağlı qərarlar xüsusi xidmət orqanlarının səlahiyyətindədir.
Qeyd edək ki, Rusiya FTX ABŞ kəşfiyyatının “Apple” texnikasından istifadə edərək həyata keçirdiyi əməliyyatın üstünü açıb. (Apa)