Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizik Xidməti "Apple" məhsullarında 2 boşluq aşkar edib.
"Apple" yeni "iPhone 15"də SİM kartlardan - İMTİNA EDƏCƏK
Bu barədə FED.az-a qurumdan bildirilib.
Məlumata görə, həmin boşluqlar “CVE-2023-28205” və “CVE-2023-28206” adlandırılıb. 1-ci boşluq hədəf cihaza zərərli veb məzmun emal edildikdən sonra ixtiyari kod icra etməyə imkan verir, 2-ci boşluq isə nüvə imtiyazları ilə ixtiyari kod icra etməklə hədəf cihaza yüksək səviyyəli giriş imkanı verir.
Belə olan halda isə sistemə icazəsiz giriş və nəzarət imkanı verdiyi üçün fərdi məlumatların ələ keçirilməsi, silinməsi və daha ciddi problemlərə səbəb ola bilər. Boşluqlar aşağıdakı cihazlara təsir edir:
iPhone 8 və sonrakı modellər
iPad Pro (bütün modellər)
iPad Air 3-cü nəsil və sonrakı modellər
iPad 5-ci nəsil və sonrakı modellər
iPad mini 5-ci nəsil və sonrakı modellər.
ETX problemin həlli kimi yuxarıda qeyd olunan məhsulların dərhal ən son versiyaya yenilənməsi tövsiyə edib.