Yaponiyanın elektronika istehsalçısı olan “Panasonic” şirkəti yeni adla Rusiyada fəaliyyətini bərpa etdiyini açıqlayıb.
Eləcə də bax: “L’Occitane” yeni adla Rusiyaya - QAYIDIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, satışlar onlayn olaraq həyata keçirilir və yeni sayt “Eplaza” adlanır.
Xatırladaq ki, mart ayında “Panasonic” logistika problemləri ilə əlaqədar Rusiyada fəaliyyətini dayandırıb. Qeyd olunur ki, bütün xidmətlər və loyallıq proqramları olduğu kimi saxlanılıb.