Fransanın “L’Occitane” şəbəkəsi yeni adla yenidən fəaliyyətə başlayıb.
Eləcə də bax: Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini - QƏBUL EDİB - SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, markanın mağazalarının yeni adı ”Л`Окситан”dır.
Çeşid və qiymətlər eyni qalıb. Xatırladaq ki, aprel ayında şirkət Rusiyanın Ukraynada başladığı müharibə fonunda kosmetika mağazalarını bağlayıb. Bir ay sonra məlum olub ki, şirkət adını dəyişərək fəaliyyətini bərpa etməyi planlaşdırır.
Bu, Rusiyada fəaliyyəti bərpa edən tək brend deyil. Eyni zamanda “Reserved”, “House”, “Cropp”, “Mohito” və “Sinsay” mağazaları da Rusiyada yeni adla fəaliyyəti bərpa edib.