Elektron pul və ödəniş və təşkilatlarının fəaliyyətinə nəzarət çərçivəsində 2024-cü il ərzində 1 elektron pul təşkilatı inzibati məsuliyyətə cəlb olunub.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Məlumata görə 3-ü ödəniş təşkilatı, 4-ü elektron pul təşkilatı olmaqla isə ümumilikdə 7 təşkilata 8 icrası məcburi göstəriş verilmişdir.