Əvvəlcə depozit ödəniş tələb edilir, bank hesabı kartı nömrəsi göndərilir... Minimum 5 manat ödədikdən sonra qarşı tərəf, mürciət edən şəxsin əvəzinə mərc oyunu oynayır…
Azərbaycanda 2 gündə bank kartlarından - 149 MİN MANAT OĞURLANIB - BİR KARTDAN 50 MİN MANAT!
FED.az xəbər verir ki, söhbət artıq açıq şəkildə reklam və təklif edilən qumar, loto, mərc oyunlarından gedir. Qanunla qadağan olan işin dırnaqarası biznesini quranlar bu oyunları sosial şəbəkələrdəki səhifələrdə paylaşır, müraciət üçün öz nömrələrini yerləşdirməkdən belə çəkinmirlər.
Təəssüf ki, belə şəxslərin tələsinə düşənlər də az deyil.
Qeyd edək ki, mərc oyunun üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları da tələb edilir. Belə olan halda həm də kiberdələduzluq halları baş verə bilir.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, quruma sözegedən hallarla bağlı daxil olan hər bir müraciət araşdırılır.
Hüquq-mühafizə orqanları bir daha vətəndaşlara qanunsuz mərc loto və digər qumar oyunları adı altında sosial şəbəkələrdə təşkil olunan oyunlarda iştirak etməməyi tövsiyə edir. Əks təqdirdə, dələduzların toruna düşə bilərsiniz.