İki gün ərzində vətəndaşların bank kartlarından 149 min manata yaxın pul oğurlanıb.
FED.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, bu iki gündə bank kartarından oğurlanan ən böyük vəsait 50 min manat olub. Bundan başqa, dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 13 min manat, 10 min manat, 8 min 650 manat, 8 min 400 manat kimi vəsaitlər çəkilib.
Eləcə də bu tarixlərdə kartlardan 4 min 715 manat, 4 min 700 manat, 7 min 250 manat, 4 min manat, 3 min 900 manat, 3 min 572 manat, 3 min 500 manat oğurlanıb.
Bundan başqa, kartlardan 2 min 360 manat, 2 min 340 manat, 2 min 396 manat, 2 min 397 manat, 2 min 300 manat, 2 min 200 manat, 1 960 manat, 1 886 manat, 1 500 manat, 1 480 manat, 1 480 manat, 1 300 manat, 1 150 manat, 9 00 manat, 850 manat, 750 manat, 740 manat, 570 manat, 410 manat, 400 manat, 378 manat, 200 manat, 170 manat, 130 manat, 100 manat, 97 manat, 51 manat və 50 manat oğurlanıb.