«Fiçerfon»lar – daha az funksiyaları olan düyməli telefonlar ikinci yüksəliş dövrünü yaşayır. Bütün dünyada belə telefonlara tələbat sürətlə artmaqdadır.
“Apple” yeni “iPhone” təqdim edəcək - TARİX AÇIQLANDI
FED.az xəbər verir ki, ekspertlərin fikrincə bu «rəqəmsal detoks»un bir növüdür, yəni insanlar daha daim «onlayn» olmaqdan istəmirlər.
İsveçrənin «Digitec Galaxus» şirkətinin hazırladığı son hesabata görə, 2024-cü ilin 2-ci yarısında ölkədə düyməli telefonların satışı 66 faiz artıb. Şirkət bildirir ki, düyməli telefonlara maraq ilk növbədə yaşlı insanlar arasında hiss olunur. Çünki yaşlı adamlar üçün düyməli teoefndan istifadə daha rahatdır.
Amma artıq gənclər də bu telefonlara maraq göstərməyə başlayıblar. Digər tərəfdən belə telefonları övladlarını hədiyyə etmək istəyən valideynlər də alırlar. Lozanna Universitetinin rəqəmsal media üzrə eksperti Olivye Qlassi bildirirk i bu – yeni nəslin rəqəmsal asılılıqdan qorunmaq istəyi ilə bağlıdır.
Ekspert bildirir ki, dyməli telefonlar daha sadədir və istifadəçiyə zorla nəyisə, hansıa tətbiqi yükləməyi və ya şəxsin öz məlumatlarını hökmən açıqlanmasını qəbul etdirmirlər. Burada yalnız əsas funksiyalar var – zəng etmək və SMS göndərmək olur, daha artıq yer verilmir.
Düyməli telefonların daha bir üstünlüyü onların batareyasının daha uzunmüddət işləyə bilməsidir.
Daha bir vacib məqam – düyməli telefonların smartfonlara nisbətən qat-qat ucuz olmasılır, ona görə də belə telefonların itirilməsi problem olmur.
İnsanların bütün məlumatlarının toplandığı smartfonlarda isə itki faciəyə bərabərdir.
Bundan başqa, ekspert hesab edir ki, düyməli telefonlardan istifadə etdikdə insanlar smartfonlarla nə qədər vaxt itirdiklərini, böyü həcmdə lazımsız məlumatlar aldıqlarını fərq edirlər.