“Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” təsdiqlənib.
“Turkcell” Azərbaycanda kibertəhlükəsizlik xidmətləri təklif edəcək - MÜQAVİLƏ İMZALANDI
FED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev avqustun 28-də Sərəncam imzalayıb.
Sərəncam ölkənin informasiya məkanının təhdidlərdən qorunması, informasiya təhlükəsizliyi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsi məqsədilə imzalanıb.
Sərəncama əsasən Nazirlər Kabineti Strategiyanın həyata keçirilməsini əlaqələndirməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası isə Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının mütəmadi monitorinqini və qiymətləndirilməsini təmin etməli, bu Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.