2020-ci ildə Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) 65,598 mln. manat gəlir əldə edib.
Eləcə də bax: Azərbaycan peykləri yatırılmış sərmayəni doğruldur - ANALİTİKA
FED.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici 2019-cu ilin göstəricisi ilə müqayisədə 1,3% və ya 874 min manat artıb.
Əldə olunan gəlirin 4,236 mln. manatı birja əməliyyatlarından, 61,361 mln. manatı qeyri-birja əməliyyatlarından əldə olunub.
Ötən il nazirliyin xərcləri 65,685 mln. manat təşkil edib ki, bu da illik ifadədə 2,7% və ya 1,751 mln. manat çoxdur.
Qurumun əməkhaqqı və dövlət sosial sığorta ayırmaları üzrə xərcləri 5,691 mln. manat, maliyyə yardımları və sair transferlər üzrə xərcləri 59,440 mln. manat, sərf edilmiş material ehtiyatları üzrə xərcləri 72,7 min manat, amortizasiya xərcləri 104,8 min manat, sair əməliyyat xərcləri isə 376,2 min manat təşkil edib. (Apa)