Süni intellekt çiplərinə tələbat artmaqda davam etdiyi bir vaxtda, ABŞ-ın çip istehsalçısı “Nvidia” şirkəti 2,056 trilyon dollarlıq bazar dəyəri ilə Səudiyyə Ərəbistanının neft şirkəti “Saudi Aramco”nu da geridə qoyub.
Şirkət elə böyük gəlirlə işləyir ki - İLDƏ 1 MİLYON QAZANAN İŞÇİLƏRİ TƏNBƏLLƏŞİB
Telegram-da reklam gəlirlərinin yarısı kanal sahibləri ilə paylaşılacaq
FED.az az xəbər verir ki, bununla da, “Nvidia” dünyanın üçüncü ən dəyərli şirkəti olub və “Saudi Aramco” şirkəti bu göstərici üzrə dünyada dördüncü pilləyə geriləyib. Xatırladaq ki, hazırda “Saudi Aramco”nun bazar dəyəri 2,046 trilyon dollar təşkil edir.
Martın 1-də, həftənin sonuncu birja günündə "Nvidia"nın səhmləri daha 4 faiz artaraq 823 dollara çatıb, ilin əvvəlindən şirkətin səhmlərindəki artım 66 faizi ötüb.
Hazırda dünyada bazar dəyərinə görə, ən böyük şirkət “Microsoft”dur - onun bazar dəyəri 3,087 trilyon dollar təşkil edir. İkinci yerdə olan «Apple» şirkətinin bazar dəyəri 2,774 trilyon dollardır.
Xatırladaq ki, ötən ay "Nvidia" şirkəti bazar dəyərinə görə daha iki şirkəti - «Amazon»u, sonra isə «Google»un sahibi olan "Alphabet"i geridə qoyub.
“Nivida” şirkətinin səhmlərinin bahalaşması və bazar dəyərinin sürətlə artımı dünyada süni intellect texnologiyalarında istifadə olunan çiplərə tələbatın yüksəlməsi ilə bağlıdır.
Qeyd edək ki, süni intellekt çiplərinə artan tələb nəticəsidir ki, ötən ilin may ayında cəmi 1 trilyon dollara çatan şirkətin bazar dəyəri keçən həftə ilk dəfə olaraq 2 trilyon dolları keçib.