Netflix, ilin sonuna qədər yayım xidmətinin daha ucuz, reklam dəstəkli versiyasını işə sala bilər.
Eləcə də bax: 200 min abunəçinin itirilməsi xəbəri fonunda Netflix-in səhmləri - 25,7% UCUZLAŞDI
FED.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "The New York Times" qəzeti şirkət əməkdaşlarına istinadən məlumat yayıb.
Qeyd olunur ki, təxminən eyni vaxtda Netflix abunəçilər arasında parolların paylanmasına qarşı mübarizəyə başlamağı planlaşdırır.
Yeni xidmətin bu ilin son üç ayında istifadəyə verilməsi gözlənilir, baxmayaraq ki, Netflix-in İcraçı Direktoru Reed Hastings daha əvvəl investorlara şirkətin bunu bir və ya iki il ərzində etməyi gözlədiyini söyləmişdi. Qərar Netflix-in 2022-ci ilin birinci rübü üçün maliyyə hesabatlarının dərci fonunda qəbul edilib. Xidmət 200 min müştərisini itirib.
Netflix-in sözçüsü "The New York Times"a şərh verməkdən imtina edib. (Marja)