Netflix, ödənişli abunəçilərin sayının azalması səbəbindən yayım xidmətinin reklamlar ilə daha ucuz versiyasını yaratmağı planlaşdırır.
Eləcə də bax: “Netflix” aylıq abunə haqqını - ARTIRDI
FED.az Bloomberg-in məlumatına istinadən xəbər verir ki, bu barədə Netflix-in baş direktoru Rid Hastinqs investorlarla söhbətində bildirib.
Agentlik Netflix-in məhsullarını əlçatan etmək üçün mümkün yeni yanaşması haqqında əlavə məlumat verməyib, lakin bunun "şirkət üçün böyük bir dəyişiklik olacağını" söyləyib.
Çərşənbə axşamı açıqlanan rüblük hesabatında Netflix 2022-ci ilin əvvəlində 200 min abunəçini itirildiyini açıqlayıb. Rusiyada xidmətin dayandırılması Netflix-ə mənfi təsir göstərib. Bu məlumatların fonunda Netflix səhmləri ticarət öncəsi 25,7% ucuzlaşıb. (Marja)