“Netflix” televizorlarda öz video oyunlarına çıxışı təqdim edəcək. Tək və ya dostlar ilə oyun oynamaq üçün “Netflix” abunəçilərinə “Smart TV” funksiyası olan televizorlar tələb olunacaq.
“Azərbaycan həm maraqlı kontent istehsalçısı, həm də istehlakçısı ola bilər” – Netflix-in qurucusu
FED.az xəbər verir ki, bu barədə striminq şirkətinin baş direktorlarından Qreq Piters məlumat verib. O qeyd edib ki, bu, şirkətin inkişafla bağlı əsas təşəbbüslərindən birinin həyata keçirilməsində irəliyə doğru addımdır.
Oyun üçün “Netflix” abunəçilərinə “Smart TV” funksiyası olan televizorlar və ya “Roku Inc”dən olanlar da daxil olmaqla uyğun striminq cihazları tələb olunacaq. Smartfonlar nəzarətçi kimi istifadə olunmalı olacaq. Onları nəzarətçilərə çevirmək üçün oyunçular QR kodu skan etməli olacaqlar. Oyunçular TV-də dostları ilə və ya qrup şəklində oynaya biləcəklər.
İlk mərhələdə bütün oyunlar “Netflix” abunəçiləri üçün pulsuz olacaq. “Bloomberg” xatırladır ki, “Lego Party” adətən təxminən 40 dollara başa gəlir. (Azərtac)