“Netflix-i mən yaratmışam, çox maraqlı proseslərin də içində olmuşam. Amma şirkətdən 20 ildən çox əvvəl ayrılmışam. Buna görə də mənim təcrübəm daha çox erkən mərhələdəki startaplar, innovasiya və iş qurmaq sahəsindədir. Hazırda Netflix-in daxilində nələrin baş verdiyini, abunəçi sayının necə olduğunu bilmirəm. Açığı, bunu indi mənə kimsə gələcəkdən deyə bilər”.
“Mygov” platformasının biznes versiyası istifadəyə veriləcək"
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən “INMerge” İnnovasiya Sammitində çıxış edən "Netflix" şirkətinin həmtəsisçisi Mark Randolf bildirib.
Onun sözlərinə görə, ən çox qürur duyduğu məqam şirkətin ABŞ-dan kənar mənbələrdən gələn kontentə diqqət ayırmasıdır: “Netflix-in düzgün etdiyi əsas işlərdən biri bütün dünyanın yalnız ABŞ-da istehsal olunan kontentə maraq göstərmədiyini anlamaqdır. Netflix-in böyük təcrübələrindən biri də bu oldu: başqa ölkələrdən gələn filmlər, seriallar başqa bazarlarda da işləyirmi? Və bu uğurlu oldu”.
O bildirib ki, bu yanaşma şirkətə daha konkret auditoriyalara, müxtəlif mədəniyyətlərə xitab edən layihələr hazırlamağa imkan verib: “Azərbaycan buna mükəmməl nümunədir – həm maraqlı kontentin istehsal oluna biləcəyi, həm də keyfiyyətli kontentin istehlak edilə biləcəyi bir ölkə kimi”.