"Netlix Inc" şirkəti, parol paylaşmaq istəyən ABŞ müştəriləri üçün yeni tarifini açıqlayıb.
“Netflix” - QİYMƏTLƏRİ ENDİRİR
FED.az xəbər verir ki, Netflix, istifadəçilərin ayda əlavə 8 dollara hesab məlumatlarını digər şəxslər ilə paylaşa biləcəklərini açıqlayıb. Digər tərəfdən, bu seçimlərin yalnız standart və premium plandan istifadə edən müştərilər üçün açıq olacağı bildirilib.
Şirkət, ABŞ və Kanadada 30 milyon istifadəçi də daxil olmaqla, dünya üzrə cəmi 100 milyon ailənin Netflix hesabından istifadə etdiyini açıqlayıb.
Netlix, Latın Amerikasında başlayan parol mübadiləsi təzyiqi ilə qarşılaşıb.