“Netflix” 30-dan çox ölkədə qiymətləri endirir.
"Microsoft" şirkəti "Netflix"i 190 milyard dollara - ALMAQ İSTƏYİR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ümumdünya yayım platforması bu addımı daha çox abunəçi cəlb etmək üçün edir. Belə ki, Asiya, Avropa, Latın Amerikası, Afrikanın Saharaaltı regionu və Yaxın Şərqin bəzi regionlarında artıq qiymətlər aşağı salınıb. Abunəhaqqının aşağı salındığı ölkələrə Malayziya, İndoneziya, Tayland, Filippin, Xorvatiya, Venesuela, Keniya və İran daxildir.
Endirim müəyyən qiymət planlarına aiddir və bəzi hallarda abunə haqları yarıya endirilir.
Baş verənlərdən sonra şirkətin səhmləri cümə axşamı Nyu-Yorkda 3,4 faiz ucuzlaşıb.
Xatırladaq ki, seqment bir müddət əvvəl Türkiyədə ilk dəfə 2023-cü ildə abunəhaqqını artırıb və paket qiymətlərini təxminən 40 faizədək bahalaşdırıb.