ABŞ-ın texnologiya nəhəngi “Microsoft” şirkətinin bazar dəyəri ilk dəfə 2 trilyon ABŞ dollarını keçib.
Eləcə də bax: "Apple" şirkəti "iPhone 12 Mini" modelinin - İstehsalını Dayandırıb
FED.az xəbər verir ki, bu, onun səhmlərinin dəyərinin 1,1% artaraq 265 dolları keçməsindən sonra olub.
"Microsoft" xüsusilə koronavirus (COVID-19) pandemiyası dövründə sürətlə dəyər qazanıb və ötən ilin mart ayından bəri onun səhmləri 79% bahalaşıb, bazar dəyəri isə 900 milyon dollar artıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın digər texnologiya nəhəngi “Apple” şirkətinin də bazar dəyəri 2 trilyon dolları keçmişdi. Son 1 ildə ABŞ-da səhmləri sürətlə bahalaşan başqa texnologiya nəhəngləri də var. Məsələn, “Amazon”un bazar dəyəri 96%, “Apple”in bazar dəyəri 2 dəfə, “Google”un bazar dəyəri 2,2 dəfə, “Facebook”un bazar dəyəri isə 2,3 dəfə artıb. (Report)