«Microsoft Corp» şirkəti mətn və səsli rabitə proqramı Discord Inc-i 10 milyard dollardan çox məbləğə almaq üçün danışıqlar aparır.
Eləcə də bax: "Facebook" üç ayda 1,3 mlrd. saxta hesabı ləvğ edib
FED.az xəbər verir ki, Bloomberg-in hesabatına görə, mətn və səsli mesajlaşma tətbiqi olan «Discord»un potensial alıcılara satışı üçün danışıqlar aparılvr və bundardan biri «Microsoft»dur.
Məlumata görə, «Microsoft» «Discord»u 10 milyard dollardan baha qiymətə almağa hazırdır.
Microsoft və Discord mövzu ilə əlaqədar şərh verməsə də, bu mövzuda məlumatı olan insanlar bildirir ki, «Discord»un satışı ehtimalı İPO-dan daha yüksəkdir.
Qeyd edək ki, 2020-ci ilin sonuna Discord-un şirkət dəyəri təxminən 7 milyard dollara çatıb.
O ki qaldı Microsoft-un alışlarına, Microsoftun oyun sənayesi ilə kütləvi sosial media platformalarına sahib olmağı hədəflədiyi məlumdur.
Məsələn, ötən il bu şirkətin nəzarətində olan Xbox şirkəti ZeniMax Media-nı 7,5 milyard dollara satın aldı və bu günə qədər olan ən böyük oyun alqı-satqısını etdi.
2016-cı ildə isə Microsoft şirkəti 26,2 milyard dollara LinkedIn-i satın alıb.
Microsoft ötən ilin sentyabrında TikTok-u da almaq istəyirdi, amma bu cəhd uğursuz oldu.
Financial Times-un məlumatına görə, Microsoft bu yaxınlarda Pinterest Inc sosial media platformasını da almaq istəyib.