Microsoft şirkəti xəbərlər üçün şərh yazan “DeepCom” süni intellektli sistemi istifadəyə verib.
FED.az məlumat verir ki, TED.az xəbər verir ki, Microsoft xəbər mətnlərinin altında şərhlər yarada bilən bot hazırlayıb. DeepCom kimi tanınan süni intellekt, Microsoft şirkəti və Çinin Beyxan Universitetinin mühəndislər qrupu tərəfindən hazırlanıb.
Eləcə də bax: Süni intellekt siyasətçiləri əvəz edəcək – AÇIQLAMA
“Xəbərlərə şərhlərin avtomatik yaradılması real əlavələr üçün faydalıdır, lakin hələ tədqiqat cəmiyyətləri tərəfindən kifayət qədər diqqət cəlb etməyib”, – deyə botun müəllifləri bildiriblər.
Məqalələrin altında şərhlərin generasiyası real oxucularda maraq oyada bilər. Layihə müəllifləri hesab edirlər ki, açıq dialoq insanlara öz fikirlərini müzakirə etməyə və yeni informasiyaları bölüşməyə imkan verir.
Lakin DeepCom-un bir çox potensial çatışmazlıqları mövcuddur. Məsələn, cəza rejimləri bu modeldən təbliğatın aparılması üçün istifadə edə bilərlər. Yaradılmış saxta şərhlər, həmçinin botlar və insanların arasında mübahisələrin başlamasına və nəticədə dezinformasiyanın yayılmasına səbəb ola bilər. Cinayətkarların botlardan məhsulların reklamı və ya spamın yerləşdirilməsi üçün istifadə etməsi də mümkündür.