Amerikanın “Microsoft” şirkəti Qazaxıstanda regional mərkəz açacaq.
“Microsoft Azerbaijan” bağlanır xəbəri ilə bağlı – «MICROSOFT»DAN RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə bazar ertəsi Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Microsoft” korporasiyası ilə birgə iş nəticəsində Qazaxıstanda multiregional mərkəzin (qovşağın) açılmasına dair razılıq əldə olunub", - məlumatda deyilir.
Qovşağın fəaliyyəti Mərkəzi Asiya ölkələrini, Azərbaycan, Ermənistan, Gürcüstan, Monqolustan və Pakistanı əhatə edəcək.
Qeyd edilib ki, "Microsoft-un fəaliyyətinin lokallaşdırılması Qazaxıstana regional miqyasda texnologiyalar və qabaqcıl həllər üçün cəlbedici mərkəzinə çevrilməyə imkan verəcək. Qazaxıstanın "Microsoft"un texnoloji inkişafı və innovasiya mərkəzi olması hədəflənir.
Microsoft-un Qazaxıstan ofisinin rəhbəri Sergey Leşçenko bildirib ki, Qazaxıstanda regional Microsoft mərkəzinin yaradılması böyük əhəmiyyət kəsb edir. "Qazaxıstanda müvafiq infrastruktur var. Biz burada işləməkdən və birgə layihələr həyata keçirməkdən məmnun qalacağıq". (Marja)