“Microsoft Azerbaijan” bağlanır xəbəri ilə bağlı – «MICROSOFT»DAN RƏSMİ AÇIQLAMA
18:2716 Noy 2022
«Microsoft Azərbaycanda yerli və qanuni iştirakını davam etdirir».
Bu barədə FED.az-a «Microsoft» şirkətinin baş ofisindən bildirilib.
«Microsoft» şirkətinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Laxorka Üvitkoviçin ünvanladığı məktuba bildirilib ki, «Microsoft Azerbaijan»ın Azərbaycanda fəaliyyətini dayandırması barədə məlumatlar həqiqətə uyğun deyil.
«Microsoft Azərbaycanda yerli və qanuni iştirakını davam etdirir. Azərbaycan Microsoft Mərkəzi və Şərqi Avropa bazarının bir hissəsidir, hansı ki, bizim regiondakı komandalarımız müştərilərimiz və tərəfdaşlarımızla işləməyə sadiqdir və onlarla işləməkdə, eləcə də ölkəyə fayda gətirməkdə davam edir».
Xatırladaq ki, noyabrın 15-də «Microsoft Azerbaijan»ın fəaliyyətini dayandırması barədə məlumat yayılıb. Bu barədə Azərbaycanın İT sektorunun tanınmış mütəxəssisi Osman Gündüz məlumat verib.
«Microsoft Azerbaijan»ın Azərbaycanda fəaliyyətini davat etdirəcəyi bildirilsə də, FEDaz-ın məlumatına görə, bu qurumda müəyyən ixtisarlar aparılıb.